AZ

Tramp Amerikanın dünyada ədalət və təhlükəsizliyin qarantı olması fikirlərini alt üst etdi PƏRVİZ HƏŞİMLİ YAZIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Venesuala Prezidenti Madurovunun ABŞ tərəfindən təşkil olunan xüsusi əməliyyat nəticəsində həbs edilməsi dünyada böytük rezonansa səbəb olub.

Maduronun ölkəsində antidemokratik rejim yaratması, neftlə zəngin olan dövlətin vətəndaşlarını səfalətə sürükləməsi onun həbsinə sevinlərin sayını artırıb.

Amma ortada qanunlar, BMT sənədləri var və bu, Donald Trampın qanunun aliliyinə qarşı hörmətsizliyini nümayiş kimi də dəyərləndirilib.

Təsadüfi deyil ki, ABŞ-nin nüfuzlu senatoru Sanders “Maduro kimi korrupsiyalaşmış və qəddar diktatora qarşı belə bu hərəkət yolverilməz idi” deyə Trampa sərt etiraz edib.

Maduronun həbsinə sevinənlərlə yanaşı , beynəlxalq hüququn bu formada kobud şəkildə pozulması, yer üzündə başqa bir ölkəyə hücum edərək öz resurslarını ələ keçirmək və ya hökumətlərini dəyişdirmək istəyən istənilən  güclərə  yaşıl işıq yandıra bilər.

ABŞ Prezidentinin bu qərarı həm də Putinin Ukraynanı işğal müharibəsinə dəstək sayılmaldır.

Trampa qədər ABŞ hökuməti başda olmaqla, Avropa İttifaqı Putinin Ukraynaya qarşı qəddar hücumunu başqa ölkənin suverenliyinin pozulması, bunun dünyada təhlükəsizliyə vurulan zərbə olması kimi qəbul edirdi.

Tramp bu addımı ilə Putinin əlinə oynadı.  Amma buna baxmayaraq, Maduro kimi bir diktatorun həbsi Aİ və Böyük Britaniya tərəfindən o qədər də sevinclə qarşılanmadı.

Venesualada diktator Madurovunu mövqeləri çox zəif idi. Onun hakimiyyətdən getməsi an məsələsi idi.

Amma bu baş verənlər ABŞ-nin dünyada ədalət və təhlükəsizliyin qarantı olması fikirlərini dəyişmiş oldu.

Ona görə də bu, demokratik dünya tərəfindən qınanacaq və qınanmalıdır.

Özünü “sülh quşu” kimi dünyaya sırıyan Tramp bu obrazını da alt-üst etmiş oldu.

Məhz apardığı yarıtmaz siyasətin nəticəsidir ki, Respublikaçılar Partiyasının qalası sayılan əksər şəhərlərdə mer seçkilərində ciddi məğlubiyyət yaşanır.

Pərviz Həşimli

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
icma.az

1Mənbələr