AZ

Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib – TƏFƏRRÜAT

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrantlarla bağlı yeni iddialar irəli sürülüb.

NOCOMMENT.az xəbər verir ki, Yenixeber.org saytında dərc olunan araşdırmada bildirilir ki, “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin sədri Elçin Quliyev SOCAR-ın alt qurumlarından birində vəzifə tutduğu üçün rəhbərlik etdiyi QHT-nin layihələrinin icrasında faktiki olaraq iştirak etmir.

Məlumata görə, sözügedən QHT 2021–2025-ci illər ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyindən bir neçə layihə üzrə qrant alıb. Həmin layihələr bunlardır:

  • 2021-ci il – “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” – 7 000 manat

  • 2022-ci il – “Abad həyət, sağlam həyat” – 9 000 manat

  • 2023-cü il – “Xalq oyunları – sağlam gələcək” – 8 000 manat

  • 2025-ci il – “İnklüziv cəmiyyəti birgə quraq” – 6 000 manat

Araşdırmada qeyd olunur ki, sosial şəbəkələr və açıq mənbələr üzərindən aparılan axtarışlara baxmayaraq, bu layihələrin icrası ilə bağlı hər hansı ictimai hesabat və ya məlumat aşkarlanmayıb.

İddialara əsasən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın yaxın çevrəsinə daxil olan şəxslərin ailə üzvləri də qrant alan QHT-lər sırasında yer alır. Bildirilir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimovanın həyat yoldaşı Elçin Quliyev həmin qrantlardan yararlanan şəxslər arasındadır.

Eyni araşdırmada K.Həşimovanın qardaşı Arif Həşimovun da Agentlikdə sürücü vəzifəsində çalışdığı, sonradan isə başqa işə keçdiyi qeyd olunur.

Məqalədə vurğulanır ki, ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir dövrdə bu iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılmaması suallar doğurur.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Seçilən
92
nocomment.az

1Mənbələr