AZ

ADB Azərbaycanda enerji sahəsində ikinci alt layihəni təsdiq edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan və Tailandı əhatə edən "Ağıllı enerji sistemlərinin və enerji şəbəkələrinə inteqrasiya infrastrukturunun tətbiqinin sürətləndirilməsi (Alt layihə 2)" layihəsini təsdiq edib.
ADB-nin məlumatına görə, layihənin ümumi büdcəsi 1,5 milyon ABŞ dolları təşkil edir. Layihə İntellektual Enerji İnnovasiyaları Fondu tərəfindən maliyyələşdiriləcək.

Alt layihə Azərbaycan və Tailanda dəstək göstərilməsini nəzərdə tutur və gələcəkdə ADB-nin digər inkişaf etməkdə olan üzv ölkələrinin ehtiyacları və cari məsləhətləşmələr nəzərə alınmaqla genişləndirilə bilər. Bu ölkələrə Qazaxıstan (elektrik mobilliyi və şarj infrastrukturu), Qırğızıstan (data mərkəzləri) və Tailand (data mərkəzlərinin dayanıqlı və etibarlı enerji təchizatı) daxildir.

Alt layihə ağıllı enerji sistemlərinə və bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası infrastrukturuna investisiyalara, həmçinin benefisiar ölkələrdə innovativ və qabaqcıl texnologiyaların, eləcə də rəqəmsal həllərin təşviqinə yönəlib.

Seçilən
38
vergiler.az

1Mənbələr