AZ

Türkiyədə gündəlik tranzit səfərlərin sayında rekord göstərici qeydə alınıb

İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC

Yanvarın 4-də Türkiyə hava məkanında ən yüksək gündəlik tranzit səfər sayı - 2 min 177 uçuş qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

O, bu nəticəyə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) Hava Hərəkətinə Nəzarət Mərkəzinin yüksək koordinasiya və idarəetmə bacarığı sayəsində nail olunduğunu vurğulayıb.

Seçilən
104
4
azertag.az

5Mənbələr