ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qara dənizdə, Rize-Artvin açığında yerləşən bir balıq fermasında baş verən qəfəs partlayışından sonra dənizə səpələnən levrekləri tutmaq istəyən yüzlərlə həvəskar balıqçı Pazar sahilinə axışıb. Bəzi balıqçılar hətta somon balığı da tuta bilib.
Sherg.az xəbər verir ki, Rize–Artvin açığında bir balıq fermasında baş verən qəfəs partlayışından sonra dənizə levrek yayıldığını eşidənlər sahilə axışıb. Xəbəri eşidən balıqçılar tilovlarını götürərək Pazar sahilinə gəlib və balıq ovlamağa başlayıblar.
Dəniz kənarına balıq tutmağa gələn Muhammet Babuç deyib:
“Dostlardan xəbər aldım. "Bismillah" deyib tilovu atanda bir ədəd somon balığı tutduq. Allaha şükür, bərəkətli oldu. Axşama qədər davam edirik. Zatən dostlarımızın bir gərginliyi var idi, bir xəbər eşitdik, biz də gəldik. İnşallah süfrəmizdə uşaqlarla bu bərəkəti görəcəyik.”
Somon balığı tutmağa gəldiyini bildirən Sedat Çatlı isə bunları söyləyib:
“Balıq tutmağa gəlmişik, iki gündür buradayıq. Çox zövqlü bir işdir, hər kəsə tövsiyə edirəm. Bir dənə tuta bildik, bu gün hələ yeni başlamışıq. Bu saatdan sonra balıq olar. Balıq tutmaq gözəldir, zövqlüdür, hər kəsə məsləhət görürəm.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.