AZ

5000 dollar “Kəpəz”i dayandırdı: Legioner transferi yenə alınmadı

ain.az, sport24.az saytına istinadən bildirir.

2025/2026 mövsümünün ikinci yarısına hazırlaşan "Kəpəz" heyətinə legioner futbolçu qatmaqda çətinlik çəkir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin daha bir gürcüstanlı futbolçu ilə danışıqları uğursuzluqla nəticələnib. Adını dəqiqləşdirə bilməsək də, Gürcüstan çempionatında çıxış edən oyunçunun çox maaş istəməsi keçidə əngəl olub.O, "sarı-göylər"dən 5000 dollar maaş tələb edib. Klub isə onun istəyinə tərəddüdlə yanaşıb. Futbolçunun bu məvacib qarşılığında necə çıxış edəcəyi sual doğurub."Kəpəz" daha əvvəl sabiq oyunçusu Rati Ardazişvili ilə danışıqlar aparsa da, bu transfer də baş tutmayıb. Qeyd edək ki, gəncəlilərin hələlik "Turan Tovuz"dan Veysəl Rzayevi heyətinə qatması dəqiqdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
sport24.az

1Mənbələr