AZ

Bakıda sakinləri SEVİNDİRƏCƏK YENİLİK

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı şəhərində səkilərin, həyətlərin, park və bağların yenilənməsi planlaşdırılır.

BAKU.WS-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən əldə etdiyi məlumata görə, bu işlərin görülməsi üçün layihə və smeta sənədləri hazırlanacaq.

Layihənin həyata keçirilıməsi üçün 3 milyon manat xərclənəcək.

Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində şəhərdə aparılacaq abadlıq işləri vahid və peşəkar plan əsasında icra olunacaq, işlərin həcmi və dəyəri əvvəlcədən müəyyən ediləcək. Bu, büdcə vəsaitlərinin səmərəli və şəffaf xərclənməsinə, gələcəkdə əlavə xərclərin və gecikmələrin qarşısının alınmasına imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
1
baku.ws

2Mənbələr