AZ

Bakıda yeni YOL NİŞANLARI: Qırmızı da sağa dönmək olar

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının bir sıra küçələrində yeni yol nişanları quraşdırılır.

Oxu.Az xəbər verir ki, bu nişanlar sürücülərə işıqforun qırmızı işığında sağa dönməyə icazə verir.

Sözügedən nişan bir növ "daimi sağa dönmə seksiyası" funksiyasını yerinə yetirir.

View this post on Instagram

Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, AYNA tərəfindən həyata keçirilən layihələr çərçivəsində yolayrıclarında artıq ikinci dəfə "qırmızı işıqda sağa dönməyə icazə verən" xüsusi nişan tətbiq olunub.

"Bu yenilik "Yol hərəkəti haqqında" Qanunun 59-cu maddəsinin VI-I hissəsinə və 66-cı maddəsinin VII hissəsinə uyğun olaraq quraşdırılıb. Sözügedən nişan sürücülərə işıqforun qırmızı işıqda belə piyadalara və digər nəqliyyat vasitələrinə yol verməklə sağa dönməyə icazə verir. Qeyd edək ki, tətbiqin məqsədi nəqliyyat axınının səmərəli təşkili, gözləmə vaxtının azaldılması və yolayrıcılarının buraxıcılıq qabiliyyətinin artırılmasıdır", - deyə T.Orucov bildirib.

Qeyd edək ki, Yol Hərəkəti haqqında Qanunun 59-ci maddəsində göstərilir ki, işıqforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş işıqforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında işıqforun siqnalından asılı olmayaraq, bu Qanunun 76-cı maddəsinin II hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verir.

Hərəkət növbəliliyi işıqforla müəyyənləşdirilən nizamlanan yolayrıcında şaquli üçsiqnallı işıqforun qırmızı işıq bölməsinin sağında, üfüqi üçsiqnallı işıqforun isə solunda 5.53 "Yol verməklə dönmək olar" məlumatverici - göstərici nişan quraşdırıla bilər. Yolayrıcında işıqforun qırmızı siqnalının yanında bu nişan quraşdırıldıqda işıqforun siqnalından asılı olmayaraq manevr qaydalarına riayət etməklə sağa dönməyə icazə verilir. Lakin bu zaman Qanunun 76-cı maddəsinin II hissəsində göstərilənlərə, yəni işıqforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol vermək tələbinə əməl etməlidir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
oxu.az

2Mənbələr