Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Real dünyanın qanunları onun "güc və qüdrət"lə idarə olunduğunu göstərir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ağ Ev Aparatının rəhbər müavini və ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller CNN-ə müsahibəsində deyib.
O qeyd edib ki, beynəlxalq ədəb-ərkan və sair məsələlər barədə istənilən qədər danışmaq olar, lakin "dünyanın dəmir qanunları" fərqli qaydaları diktə edir.
"Biz güc və qüdrətlə idarə olunan bir dünyada, real dünyada yaşayırıq", - deyə o, jurnalistin Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesin hazırda ölkənin lideri olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.