AZ

Bir vaxtlar adı Neftçi ilə hallanan məşqçi Belarus millisinə dəvət olundu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Futbol üzrə Belarus millisinə yeni baş məşqçi təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu posta Viktor Qonçarenko gətirilib. 48 yaşlı mütəxəssislə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor Qonçarenko daha əvvəl Belarusun BATE, Rusiyanın "Kuban", MOİK, "Ufa" və "Krasnodar" klublarına rəhbərlik edib.

Xatırladaq ki, bir müddət əvvəl Qonçarenkonun adı Bakının "Neftçi" klubu ilə hallanırdı. Ancaq "neftçilər"in yeni baş məşqçisi ukraynalı Yuri Vernidub oldu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
oxu.az

1Mənbələr