AZ

Ötən il ölkəmizdə neçə ekspedisiya keçirilib?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə həm arxeoloji, həm antropoloji, həm də kəşfiyyat xarakterli tədqiqatları əhatə edən 40-a yaxın ekspedisiya təşkil olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Qurumdan bildirilib ki, institutun əməkdaşları tərəfindən baş elmi-tədqiqat planına uyğun olaraq tədqiqat işləri aparıblar.

Cari ildə institut əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Ağdam, Füzuli, Xocalı, Xocavənd və Kəlbəcər rayonları ərazisində, eyni zamanda, İmişli, Ağstafa, Astara, Şəmkir, Tovuz, Goranboy, Şabran, Ağsu, Şamaxı, Qəbələ, Yardımlı, Cəlilabad, Quba və Abşeron, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində Ordubad və Kəngərli rayonlarında arxeoloji və antropoloji tədqiqatlar aparıblar.

Tədqiqatların xeyli hissəsi işğaldan azad olunmuş rayonların payına düşüb.

Bu qazıntı işlərinin bir hissəsi institutun bağladığı beynəlxalq müqavilələrə əsasən müştərək beynəlxalq ekspedisiyalar tərəfindən - Azərbaycan - Almaniya (Xocavənd rayonu Azıx mağarası, Ağcabədi rayonu Canavartəpə abidəsi, Ağstafa rayonu Ağalıqtəpə abidəsi), Azərbaycan-Danimarka (Xocavənd rayonu Azıx mağarası), Azərbaycan - İtaliya (Ağstafa rayonu Tavatəpə abidəsi), Azərbaycan-Koreya-İsveçrə (Füzuli rayonu Yedditəpə abidəsi), Azərbaycan-Koreya (Qəbələ şəhəri Səlbir ərazisi), Azərbaycan - Yaponiya (Xocavənd rayonu Tağlar mağarası), Azərbaycan - Qazaxıstan - Türkiyə (İmişli rayonu Yedditəpə abidəsi), Azərbaycan-ABŞ (Yardımlı rayonu Bilgə antik dövr nekropolu) aparılıb.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
oxu.az

1Mənbələr