AZ

Dövlət siyasəti yalnız qısa müddətli məqsədlərə deyil, uzunmüddətli perspektivə əsaslanır



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı açıqlamalarında diqqət çəkən vacib məqamlardan biri milli kimlik və tarixi irsə vurğu edilməsidir. Bu, yalnız mədəni mesaj deyil, həm də siyasi və sosial stabillik üçün vacib bir elementdir”.

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, milli dəyərlərin ön plana çıxarılması ictimai dəstəyi gücləndirir və cəmiyyətin uzunmüddətli sabitliyinə töhfə verir:

“Eyni zamanda, bu yanaşma, ölkənin xarici tərəfdaşları qarşısında milli maraqlarını qorumaq üçün mövqeyini də möhkəmləndirir.

Prezidentin açıqlamalarında həmçinin informasiya və kommunikasiya strategiyasının əhəmiyyəti ön plana çıxır. Mesajlar aydın, ardıcıl və çoxşaxəlidir, bu da həm daxili, həm də xarici auditoriya üçün dövlət siyasətinin proqnozlaşdırıla bilən olduğunu göstərir. Burada əsas mesaj aydındır: Azərbaycan stabil, planlı və uzunmüddətli siyasət yürüdür, həm regionda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaşdır”.

Politoloq qeyd edib ki, ümumilikdə, Prezidentin açıqlamaları bir neçə səviyyədə təhlil oluna bilər:

“Daxili siyasətdə sosial rifah və legitimlik, xarici siyasətdə strateji balans və milli maraqların qorunması, regionda və qlobal səviyyədə etibarlı əməkdaşlıq, həmçinin milli kimlik və tarixi irsin qorunması. Bu açıqlamalar göstərir ki, dövlət siyasəti yalnız qısa müddətli məqsədlərə deyil, uzunmüddətli perspektivə əsaslanır”.

Süleyman
Seçilən
59
1
newscenter.az

2Mənbələr