
ABŞ Prezidentinin elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukraynaya yardım göstərmək üçün "könüllülər koalisiyası"nın iclasında iştirak edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TF1" televiziya kanalı məlumat yayıb.
Bəyanatda deyilir: "Tərəflər təklif olunan atəşkəs rejiminin parametrləri, potensial pozuntulara qarşı cavab tədbirləri və Ukraynanı dəstəkləmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi imkanları ilə bağlı ortaq bir baxışı müzakirə edəcəklər".
Məryəm Quliyeva