AZ

Əliyev gözləyirik dedi, 25 illik hadisəni xatırlatdı Ağ Evə yeni mesaj

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə aydınlıq gətirib.

Prezident ABŞ-Azərbaycan münasibətlərindən danışarkən 907-ci düzəlişlə bağlı da məlumat verib. Dövlət başçısı 1990-cı illərdə qüvvəyə minən bu düzəlişin 2001-ci ildə ləğv edildiyini, lakin ABŞ-ın keçmiş prezidenti Co Bayden dönəmində təkrar qüvvəyə mindiyini vurğulayıb.

İlham Əliyev bildirib ki, rəsmi Bakı Konqresin bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracağını gözləyir. 

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, ABŞ Konqresi müxtəlif lobbi və təşkilatlarla sıx əlaqədə olan bir mərkəz kimi hər zaman fəaliyyət göstərib və bu, hazırda da belədir:

“907-ci düzəlişin mahiyyətinə diqqət yetirsək, ilk növbədə onun hansı məqsədlərə xidmət etdiyini açıq şəkildə görərik. Heç şübhəsiz, bu maddə hazırda təkzib edilsə də, vaxtilə erməni lobbisinin təzyiqləri ilə ilk dəfə 1992-ci ildə ABŞ Konqresində qəbul edilib. Burada zaman və informasiya imkanları da mühüm əhəmiyyət kəsb edirdi. Məsələn, vaxtilə “Dağlıq Qarabağ” məsələsi beynəlxalq aləmə fərqli formada çatdırılırdı, işğalçı olan Ermənistan Azərbaycanı “aqressor” kimi təqdim etməyə çalışırdı. Bu isə beynəlxalq səviyyədə ölkəmizə qarşı tamamilə fərqli düşüncə formalaşdırırdı.

907-ci düzəliş zaman-zaman ABŞ üçün manipulyativ alətə çevrilib. Hər dəfə prezident postu dəyişərkən, yeni hökumətə gələn partiya ilə erməni lobbisi arasındakı münasibətlər fonunda Azərbaycana qarşı mövqe də dəyişib. Məsələn, ən yaxın keçmişdə Bayden administrasiyasının, daha sadə dillə desək, demokratların erməni lobbisinə son dərəcə yaxın və isti münasibəti buna parlaq nümunədir”.

Elnur Ənvəroğlu 

Siyasi şərhçinin sözlərinə görə, ABŞ 907-ci düzəlişi həm də öz maraqları çərçivəsində dəyişib – ya yumşaldıb, ya da sərtləşdirib:

“2002-ci ildə, o zamankı prezident Corc Buşun dövründə terrora qarşı birgə mübarizə və Rusiya–İran birləşməsi fonunda Xəzərin enerji təhlükəsizliyinin təmin olunması naminə 907-ci düzəliş yumşaldıldı. Həmin vaxt Azərbaycan enerjisinə ehtiyac var idi və buna görə də Konqres qərarı məmnuniyyətlə qəbul etdi. Hazırkı Prezident DonaldTramp administrasiyası Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək istiqamətində ciddi addımlar atır. Fikrimcə, Azərbaycan Cənubi Qafqazda ən başlıca və aparıcı tranzit ölkə olmaqla yanaşı, həm də etibarlı enerji təchizatçısı olduğuna görə Qərbin maraqlarına uyğun gəlir. Xüsusilə Prezident Donald Trampın geostrateji və geosiyasi baxışları onun maraqlarını Cənubi Qafqaza doğru maqnit kimi yaxınlaşdırır. Lakin Konqresin 907-ci düzəlişi tamamilə ləğv etməməsi bir daha göstərir ki, ABŞ Senatı əlində olan bu manipulyativ aləti tam olaraq buraxmaq istəmir. Bu isə sistemli siyasətin tərkib hissəsidir. Vaşinqton məhz bu cür prinsiplər əsasında dünyada nüfuz və təsir imkanlarını qorumağa çalışır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr