JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyinə 426 min manat əməkhaqqı və mükafat ödənilib.

“Report” Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 39,7 % azdır.

Söhbət sədr və onun beş müavinindən gedir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə Prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 400,427 milyon manatdır.

Xidmət suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanılmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Qurum içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini də təmin edir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX