AZ

Göygöl İcra Hakimiyyətində ixtisarlar: Bir nəfər işdən çıxarıldı

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi vakant yerlərini ləğv edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov Tülallar kənd icra nümayəndəsi,həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov isə Balçılı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva isə ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.

Eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində çalışan məsləhətçi Zaur Mustafayev də ixtisara düşənlər arasındadır.

Seçilən
106
4
publika.az

5Mənbələr