AZ

Rusiyada azərbaycanlı ailəyə Yeni il hədiyyələrinə görə təzyiq: “Təhdidlər yağdı”

Yekaterinburqda yaşayan, Azərbaycan əsilli çoxuşaqlı bir ailə Yeni il ərəfəsində ciddi təzyiq və təhdidlərlə üzləşib. Musavat.com xəbər verir ki, ailə "Arzular ağacı" ("Ёлка желаний") aksiyası çərçivəsində uşaqlar üçün Yeni il hədiyyələri aldıqdan sonra millətçi Telegram kanallarının hədəfinə çevrilib.

Məlumata görə, hədiyyələr uşaqlara Dəmir Yolu (Jeleznodoroĵnıy) rayonunun rəhbəri Vitali Perşin tərəfindən təqdim olunub. Bu barədə yayımlanan rəsmi hesabatdan sonra bir sıra millətçi Telegram kanalları ailəyə qarşı kütləvi linç kampaniyasına başlayıb. Paylaşımlarda ailə üzvlərinə ünvanlanan təhqirlər və açıq təhdidlər yer alıb.

Təzyiqlərin miqyası o qədər artıb ki, ailənin atası vəziyyəti sakitləşdirmək üçün hədiyyələrin geri qaytarılmasını xahiş edib. Lakin yerli məmurlar onu bu addımdan çəkindirərək hədiyyələrin ailədə qalmasına razı salıblar. Eyni zamanda, təhdid xarakterli paylaşımlar silinib.

Hadisə Rusiyada etnik zəmində ayrı-seçkiliyin nə qədər həssas və təhlükəli həddə çatdığını bir daha göstərib. Belə ki, ölkədə hətta uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyələri belə etnik nifrət və təzyiq üçün bəhanəyə çevrilə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
79
olaylar.az

1Mənbələr