PAŞA Sığorta ölkəmizdə sığorta sahəsində innovativ yanaşmanı təşviq etmək məqsədilə yeni həllini təqdim edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq olunan xüsusi tənzimləmə rejimi çərçivəsində PAŞA Sığortanın “Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması” adlı məhsulu ilə seçilmiş 4 innovativ layihədən biri olub.
Yenilik müştərilərə sığorta məhsullarını daha rahat və əlçatan şəkildə əldə etmək imkanı yaradır, bazarda rəqəmsal transformasiyanı sürətləndirir və müştəri təcrübəsini daha çevik edir.
Bu təşəbbüs PAŞA Sığortanın “Insurtech” sahəsində addımlarından biri kimi, sığorta xidmətlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi istiqamətində mühüm rol oynayır.