ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Polşanın Baş naziri Donald Tusk sosial şəbəkələrdə onun Venesuela Prezidenti Nikolas Maduro kimi qaçırılmasına çağırış edən müxalifət nümayəndələrinin açıqlamalarını sərt şəkildə tənqid edib.
Axar.az xəbər verir ki, Donald Tusk bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Onlar ədalətli seçkilərdə qalib gəlmək şanslarına inamlarını itiriblər və “Tusk diktaturasını” devirmək üçün xarici müdaxiləyə bel bağlayıblar. Bundan aşağı enmək artıq mümkün deyil”, - o qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.