"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (VÖEN – 1702563281) ümumi dəyəri 4 milyon 442 min manat olan 2 açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderlərin predmeti Bakı şəhərində abadlıq, yenidənqurma və binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınmasıdır. Satınalmalar aşağıdakı kimidir:
-
Abadlıq və yenidənqurma işlərinin layihələndirilməsi: Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərini əhatə edir. Ehtimal olunan qiymət 3 milyon 26 min manat təşkil edir. İştirak haqqı 1000 manatdır.
-
Binaların təmiri işlərinin layihələndirilməsi: Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərini əhatə edir. Ehtimal olunan qiymət 1 milyon 416 min manat təşkil edir. İştirak haqqı 600 manatdır.
Hər iki tender üzrə təkliflərin son təqdim olunma vaxtı 5 fevral 2026-cı il, saat 15:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İstifadə haqqı hər bir tender üçün 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Xələf Şıxəliyev - Mühəndis
[email protected]
+994 50 612 15 27
İddiaçılar təkliflərini 5 fevral 2026-cı il, saat 15:00-a qədər İstiqlaliyyət 18 ünvanına təqdim edə bilərlər.