Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın bir neçə regionunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğınlar baş verib, xəsarət alanlar var.
“AzPolitika” xəbər verir ki, bu barədə yerli rəsmilər və “Astra” Telegram kanalı məlumat yayıb.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib ki, PUA hücumu nəticəsində sənaye obyektlərindən birində yanğın qeydə alınıb. Onun sözlərinə görə, ölən və yaralanan yoxdur. Obyektin adı açıqlanmayıb. “Astra”nın şahid görüntülərinə əsaslanan təhlilinə görə, yanğın Streletskiye Xutor kəndində yerləşən “Usmansk” neft bazasında baş verib. Ukrayna monitorinq kanalları da hücumun məhz neft bazasına edildiyini yazıb.
“Astra”nın məlumatına görə, Penza şəhərinin Şuist mikrorayonunda PUA-nın Yük Avtonəqliyyat Müəssisəsi №2-nin (GATP-2) ərazisinə düşdüyü ehtimal olunur. Ərazidə bir neçə şirkət fəaliyyət göstərdiyindən PUA-nın konkret hansı obyektə dəydiyi müəyyən edilməyib.
Leninqrad vilayətində PUA qalıqları Berejki kəndi yaxınlığında, o cümlədən kompressor stansiyasının ərazisinə düşüb. Vilayətin qubernatoru Aleksandr Drozdenko xəsarət alan olmadığını bildirib.
Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomazın sözlərinə görə, hücum zamanı “Miratorq” aqrosənaye holdinqinə məxsus minik avtomobili və yemdaşıyan nəqliyyat vasitəsi vurulub, iki sürücü yaralanıb.
“Astra” oxucularına istinadən bildirir ki, partlayış səsləri Yaroslavl şəhərinin Neftestroy rayonunda yerləşən neft emalı zavodu və neft bazası yaxınlığında, həmçinin Sterlitamak şəhərindəki neft-kimya zavodunun (AO “SNHZ”) ərazisində də eşidilib.
Bundan əlavə, regionlardan birində müvəqqəti icra başçısı Vitali Korolyov səhər saatlarında PUA qalıqlarının çoxmərtəbəli binadakı mənzillərdən birinin pəncərələrinə düşdüyünü, nəticədə bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib. Daha sonra o, yanğının səbəbinin məişət qazının partlaması olduğunu açıqlayıb. Onun sözlərinə görə, hadisə əvvəlcə PUA hücumu kimi qiymətləndirilib, çünki həmin vaxt regionda hava hücumundan müdafiə tədbirləri görülürdü. Korolyov gecə ərzində region üzərində altı PUA-nın vurulduğunu da əlavə edib.
Rusiya Müdafiə Nazirliyi isə yanvarın 6-na keçən gecə ümumilikdə 129 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyini bəyan edib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.