Bakı. Trend:
Nikolas Maduronun oğlu Qerra Maduro atasının Amerikalıxüsusitəyinatlılar tərəfindən tutularaq ABŞ-yə aparılmasından sonrailk dəfə ictimaiyyət qarşısında bəyanatla çıxış edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Ata, sən ailəmizin hər bir üzvünü güclü insana çevirmisən. Bizdə sən geri qayıdana kimi öz borcumuzu yerinə yetirəcəyik. Vətənetibarlı əllərdədir, ata. Tezliklə bir-birimizə qucaq açacağıq -Venesuelada”, -deyə o bildirib.
Qeyd edək ki, 2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelayahücum edərək prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdəsaxlayıblar. Yanvarın 5-də Maduronun narkokartelin yaradılması iləbağlı cinayətlər üzrə məhkəmə prosesi başlanıb. Bununla belə, işinmahiyyəti üzrə baxılmasına ən tezi 2027-ci ildə baxılacaq.
Venesuelanın müvəqqəti prezidenti vəzifəsinə vitse-prezidentDelsi Rodriges təyin edilib. Tramp Rodrigesi xəbərdar edib ki,düzgün qərarlar qəbul etmədiyi təqdirdə o, bunun “çox ağırbədəlini” ödəyəcək. Rodriges isə öz növbəsində Trampı sülhə vədialoqa çağırıb.