AZ

Paşinyan İrəvanda yürüşə çıxdı VİDEO

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan İrəvanda keçirilən kütləvi yürüşdə iştirak ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, yürüşdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri, deputatlar, hökumət rəsmiləri, bələdiyyə nümayəndələri və partiya fəalları iştirak edib. Aksiya paytaxtın mərkəzi hissəsində təşkil olunub.

Respublika meydanı ərazisindən başlayaraq İrəvanın əsas prospektləri boyunca davam edən yürüş 2 saatdan çox çəkib. Yürüş zamanı hökumətə dəstək şüarları səsləndirilib. Bəzi iştirakçılar ölkədə “sabitliyin qorunması” və “dövlət institutlarının müdafiəsi” ilə bağlı çağırışlar ediblər.

Yürüş boyunca mühafizəçilərin müşayiəti ilə iştirakçılarla birlikdə hərəkət edən Paşinyan bəzən tərəfdarlarla qısa dialoqlar qurub. Polis və təhlükəsizlik qüvvələrinin ciddi nəzarət etdiyi tədbir zamanı insident qeydə alınmayıb.

Erməni KİV-ləri yürüşü ölkədə son dövrlər daxili siyasi gərginlik, müxalifətin etiraz çağırışları və hökumətə təzyiqlər fonunda hakimiyyətə ictimai dəstək nümayişi kimi qiymətləndirir. Bəzi şərhlərdə Paşinyanın şəxsən yürüşə qatılmasının onun küçə siyasətinə və birbaşa mobilizasiyaya üstünlük verdiyini göstərdiyi vurğulanır.

Yürüş başa çatdıqdan sonra hakim partiyaya yaxın media tədbiri “sülh və sabitlik mesajı” kimi təqdim edib.

Cavid,BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
www.bakupost.az

2Mənbələr