AZ

"Çelsi" yeni baş məşqçi təyin etdi

Liam Rosenyör "Çelsi"nin baş məşqçisi təyin edildi. Oxməni.az-ın verdiyi məlumata görə, bu barədə İngiltərə klubunun saytında məlumat verilib.

O, 2032-ci ilə qədər müqavilə imzalayıb.

Bu vəzifədə 41 yaşlı ingilis, 1 yanvar tarixində vəzifəsindən azad edilən italyan Enzo Mareskanı əvəz edib.

Mareska London klubuna 2024-cü ilin iyun ayından rəhbərlik edirdi. "Çelsi" ilə o, Konfrans Liqasını (2024/25) və Klublararası dünya çempionatını (2025) qazanıb. İngiltərə Premyer Liqasının (APL) cari mövsümündə komanda 20 turdan sonra 31 xalla beşinci yerdədir.

Rosenyör futbolçu kimi APL-də "Fülhem", "Redinq" və "Hull Siti" klublarında çıxış edib, İngiltərənin gənclər yığmasına dəvət alıb.

Karyerasını bitirdikdən sonra o, "Brayton"ın gənclər komandasında çalışıb, "Derbi Kaunti" və "Hull Siti"ni məşq edib, 2024-cü ilin iyul ayından isə Rosenyör Fransa "Strasburq"una rəhbərlik edib. Fransa çempionatının cari mövsümündə "Strasburq" 17 turdan sonra yeddinci yerdədir.

Almaz Həsənli

Seçilən
32
oxumeni.az

1Mənbələr