AZ

Bakıda bu binalar TƏMİR OLUNACAQ

Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmiri planlaşdırılır.

Far.Az-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən əldə etdiyi məlumata görə, bu binaların hansı vəziyyətdə olduğu, nə qədər və hansı işlərin görüləcəyi əvvəlcədən layihə və smeta sənədləri ilə müəyyənləşdiriləcək.

Layihənin dəyəri təxminən 1 milyon 416 min manatdır.

Qeyd edək ki, dövlətə məxsus yaşayış binalarının təmiri əvvəlcədən peşəkar şəkildə planlaşdırılacaq, işlərin real həcmi və xərci dəqiq hesablanacaq və büdcə vəsaitlərinin səmərəli xərclənməsi təmin olunacaq.

Seçilən
69
1
far.az

2Mənbələr