AZ

Bəzi qüvvələr Ermənistan kilsəsini dövlətə qarşı yönəltməyə çalışır - Paşinyan

Bakı. Trend:

Müəyyən qüvvələr Erməni Kilsəsini Ermənistan dövlətinə qarşıyönəltməyə çalışır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistan baş naziriNikol Paşinyan çıxış edib.

“Biz elə bir vəziyyətə düşmüşük ki, müəyyən qüvvələr doğma,müqəddəs Apostol Kilsəmizdən Ermənistan Respublikasına qarşıfəaliyyətlər üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar...Mən isə Ermənistanın baş naziri kimi bəyan edirəm ki, biz bunaimkan verməyəcəyik”,- deyə Paşinyan “Ermənistanın Müqəddəs ApostlKilsəsinin Yenilənməsi” şüarı altında keçirilən yürüşdə etdiyiçıxışda bildirib.

Paşinyanın sözlərinə görə, AAK-nin (Erməni Apostol Kilsəsinin)hazırkı faktiki rəhbəri və onun ən yaxın ətrafı sektantlıq məntiqi,parçalanma məntiqi ilə hərəkət edirlər.

“Deməli, biz Kilsəni parçalanma tərəfdarlarından azad etməli vəonu xalqa qaytarmalıyıq... Kilsə xalq üçündür, kilsə xalqın İsaMəsihlə ünsiyyət qurduğu məkandır. Təəssüf ki, hazırda İsa Məsih,Xilaskarımız küncə sıxışdırılıb, lakin sevindiricidir ki, İsa Məsihtədricən təcriddən (bu vəziyyətdən) çıxır”, – deyə o əlavəedib.

Seçilən
54
az.trend.az

1Mənbələr