AZ

Covid 19 geri qayıdır? XƏBƏRDARLIQ

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Əhali arasında sürətlə yayılan virus xəstəlikləri ilk hadisə deyil və sonuncu da olmayacaq. Hər il qrip, yuxarı tənəffüs yollarının infeksiyaları və müxtəlif respirator viruslar müşahidə olunur. Adenoviruslar, rinoviruslar, metapnevomaviruslar, respirator sinsitial virus, paragrip və digər infeksiyalar hər il fərqli formalarda özünü göstərir. Bu cür xəstəliklər xüsusilə noyabr ayından qışın sonuna qədər, həmçinin may ayından etibarən daha geniş yayılır".Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib. O, bildirib ki, pandemiya dövrü başa çatsa da, COVID-19 tam aradan qalxmayıb və epidemioloji proseslər hələ də davam edir:"Məhz bu səbəbdən epidemioloji vəziyyət nisbətən mürəkkəb olaraq qalır. Əhalinin sağlamlığına nəzarət baxımından vəziyyət ciddi diqqət tələb edir. Qeyd edək ki, dünya üzrə ölüm hallarına görə qrip hazırda səkkizinci yerdə qərarlaşıb və bu fakt özü artıq məsələyə ciddi yanaşılmasının vacibliyini göstərir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
demokrat.az

1Mənbələr