AZ

Bu şəxslərin kredit imkanları çətinləşir Ekspert AÇIQLADI

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmək imkanları getdikcə azalır. Ümumiyyətlə, banklar hər hansı bir kredit və ya borc verməzdən əvvəl bir sıra riskləri qiymətləndirirlər. Əsas diqqət isə gələcəkdə kredit alan şəxsin ödəniş qabiliyyətinin olub-olmamasına yönəlir".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. O, bildirib ki, bu ödəniş qabiliyyətinin müəyyən edilməsi üçün müxtəlif metodlardan istifadə olunur:"Vətəndaşın aylıq gəlirləri, xərcləri, son dövrlərdə isə qanunvericiliyə əlavə edilən dəyişikliklərə əsasən, bəzi hallarda sosial şəbəkə hesablarındakı aktivliklər də nəzərə alınır. Bütün bunlar ona xidmət edir ki, rəsmi gəlirini sübut edə bilməyən, lakin əlavə layihələrdə iştirak edən, ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin də ödəmə imkanları alternativ üsullarla müəyyən edilsin".Ekspert bildirib ki, bu şərtlər daxilində kredit əldə etmək müəyyən mənada çətinləşir:"Lakin bankların əsas fəaliyyəti Mərkəzi Bankdan cəlb etdikləri vəsaitlər və ya əmanətçilərin pulları hesabına kredit vermək və bundan gəlir əldə etməkdir. Buna görə də kreditlərin tam məhdudlaşdırılması banklar üçün də sərfəli deyil. Bununla belə, banklar verdikləri kreditlərin problemli kreditə çevrilməsini də istəmirlər. Çünki bu hal kapital risklərinin artmasına və bank üçün ciddi maliyyə problemlərinin yaranmasına səbəb olur. Məhz buna görə də mövcud şəraitdə banklar daha çox zaminlik və girov qarşılığında kredit verməyə üstünlük verirlər".Onun sözlərinə görə, belə bir vəziyyətdə isə bank olmayan kredit təşkilatlarının fəaliyyəti daha da genişlənir:"Onlar müəyyən zamin və girov şərti ilə, lakin daha yüksək faizlə vətəndaşlara kredit təklif etməyə başlayırlar. Nəticə etibarilə, kredit bazarında tam məhdudiyyət tətbiq olunmur, lakin müəyyən çərçivələr formalaşdırılır və bu da bank olmayan kredit təşkilatlarının bazarda rolunun artmasına yol açır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr