AZ

Xoşbəxt görünür, amma depressiyadadır: Gizli təhlükə

Xaricdən xoşbəxt və problemsiz görünən, lakin daxilində dərin psixoloji çətinliklər yaşayan insanlar gülümsəyən depressiya ilə mübarizə apara bilər. Mütəxəssislər bu halın çox vaxt vaxtında fərq edilmədiyini qeyd edirlər.

 

Pravda.az bildirir ki, gülümsəyən depressiya rəsmi psixiatrik diaqnoz olmasa da, “maskalı” və ya “atipik” depressiya kimi tanınır. Bu vəziyyətdə olan şəxslər gündəlik işlərini davam etdirir, sosial mühitdə aktiv görünür, ətrafdakılara pozitiv təsir bağışlayırlar. Lakin daxildə davamlı kədər, boşluq hissi, yorğunluq və motivasiya itkisi müşahidə olunur.

 

Mütəxəssislərin sözlərinə görə, əsas əlamətlərə yuxu və iştah pozğunluqları, diqqət azalması, əvvəllər zövq alınan fəaliyyətlərə marağın itməsi daxildir. Simptomların gizli qalması səbəbindən bu vəziyyət gec diaqnoz olunur.

 

Psixoloqlar vurğulayır ki, erkən mərhələdə peşəkar dəstək almaq vəziyyətin ağırlaşmasının qarşısını ala bilər. Daxili çətinliklərin gizlədilməsi əvəzinə, mütəxəssisə müraciət etmək psixi sağlamlığın qorunması üçün vacib hesab olunur.

 

Əminə Bayramova

Tarix: 6 Yanvar 2026, 15:59   
Seçilən
58
pravda.az

1Mənbələr