
"Jurassic Park" film seriyasındaki bir çox detal uydurma olsa da, filmin əsas dayağı olan “ağcaqanadların dinozavr DNA-sı daşıması” fikri gözləniləndən də daha realist olduğu ortaya çıxıb.
Florida Universiteti tərəfindən aparılan yeni tədqiqat ağcaqanadların qidalandığı ərazilərdəki ekoloji müxtəlifliyin tam bir fotosunu təqdim edə bildiyini ortaya qoyub.
Entomoloq Lourens Rivs rəhbərliyindəki komanda Floridada 10,900 hektarlıq qorunan ərazidə səkkiz ay ərzində 21 fərqli növdən 50 mindən çox ağcaqanad toplayıb.
Bir neçə min dişi ağcaqanadın bədənindəki qan nümunələrini araşdıran tədqiqatçılar ağcaqanad qanının ən kiçik qurbağalardan ən böyük inəklərə qədər bölgədəki bütün həyat izlərini daşıdığını müəyyən edib.
Bioloji DNA nümunə götürmə maşınlarıTədqiqatçılar toplanan ağcaqanadların DNA-sından 86 fərqli heyvan növünü tanımağı bacarıb. Bu rəqəm bölgədə ağcaqanadların qidalandığı bilinən onurğalı növlərin təxminən 80%-inə bərabərdir.
Siyahıda ağaclarda yaşayan canlılardan köçəri quşlara, yerli növlərdən və ya nəsli tükənməkdə olan heyvanlara qədər geniş bir spektr yer alır.
Böyük məməlilər arasında yalnız nəsli təhlükədə olan Florida panterası və yeraltında yaşayan bəzi kiçik canlıların – məsələn, kirpilərin izinə rast gəlinməyib. Alimlər ağcaqanadları “bioloji DNA nümunə götürmə maşınları” kimi təsvir edərək, bu metodun ənənəvi sahə tədqiqatları qədər effektiv nəticələr verdiyini vurğulayıblar.
Biomüxtəlifliyi qorumaqda yeni bir vasitəFosilləşmiş bir ağcaqanaddan mənalı bir DNA ardıcıllığı çıxarmaq hələ də az ehtimallıdır, lakin bu müasir nümunə götürmə metodu günümüzdəki növlərin qorunması üçün inqilabi ola bilər.
Mövcud Biomüxtəliflik izləmə metodlarının bahalı, çətin və peşəkarlıq tələb edən proseslər olması, ağcaqanadlardan əldə edilən DNA analizlərini aşağı büdcəli və yenilikçi bir alternativə çevirir.
Tədqiqatçı Hannah Atsma Biomüxtəliflik itkisinin kritik mərhələyə gəldiyi bu dövrdə müasir texnologiyalardan istifadə edərək daha səmərəli aşkarlama metodlarının inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib.
Ağcaqanadların ekosistemdəki bu gözlənilməz rolu nəsli tükənməkdə olan növlərin izlənməsi və ekosistem idarəçiliyi barədə alimlərə yeni bir yol xəritəsi təqdim edir.