AZ

İran hökuməti dəstək siyasəti ilə renta və korrupsiyanın kökünü qurutmağa çalışır – Pezeşkian

Bakı. Trend:

İran hökuməti vətəndaşlara dəstək siyasəti ilə ölkədə renta vəkorrupsiyanın kökünü qurutmağa çalışır.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (6yanvar) Tehranda “Konstitusiyada islam şuraları və əhalininiştirakının yeri” milli konfransında deyib.

Onun sözlərinə görə, struktur istlahatları prosesi asan vədərhal həyata keçirilən proses deyil. Son vaxtlar xarici valyutailə əlaqədar renta, monopoliya ilə mübarizə məqsədilə addım atılıb.Halbuki bundan öncəyədək bəzi şəxslər aşağı qiymətlərlə xaricivalyuta almaqla hər 1 dollar qarşılığında yüz minlərlə rial gəlirəldə edirdilər. Bu isə bir növ gizli subsidiya və açıq-aşkarədalətsizlik idi.

Pezeşkian bildirib ki, hökumətin bəzi məhsulların idxalı iləəlaqədar müxtəlif şəxslərə aşağı qiymətlərlə xarici valyutaverilməsi prosesini dayandırması ilə, həmin vəsait birbaşa olaraqvətəndaşların hesabına köçürülür. Belə ki, renta və korrupsiyanınqarşısının alınması ilə yanaşı vəsaitlərin verilməsində ədalətreallaşsın.

İran prezidenti əlavə edib ki, bəziləri bu siyasətininflyasiyanın artması ilə nəticələnəcəyini hesab edir. Halbukidəqiq hesablamalar hər bir İran vətəndaşının hesabına köçürüləcək10 milyon rialın (təxminən 10,2 dollar) ləğv edilməyəcəyini vəxarici valyutanın dəyəri artdığı halda, həmin vəsaitin dəartacağını göstərir.

“Əhalinin məişət durumuna dəstək üzrə proqram çərçivəsində həminməbləğin 8 milyon rialı (təxminən 8,2 dollar) on bir və ya on ikiadda əsas və gündəlik istehlak mallarının təmin edilməsinə imkanverir. Halbuki bu proqram tətbiq edilməzdən əvvəl də həmin məbləğ 8milyon rial idi. Lakin ət, toyuq və digər zəruri məhsullardayaranan inflyasiya nəzərə alındıqda, bu rəqəm 13 milyon riala(təxminən 13,3 dollar) yüksəlib. Başqa sözlə, bu prosesçərçivəsində 5 milyon rial (təxminən 5 dollar) inflyasiyaformalaşıb. Məhz buna əsaslanaraq, hər hər bir şəxs üçün 10 milyonrial ödəniş nəzərdə tutub ki, bu da faktiki olaraq yaranmışinflyasiya məbləğindən 5 milyon rial artıq vəsaitin əhaliyəödənilməsi deməkdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 4 yanvarda İran hökuməti iqtisadi təzyiqlərindavam etdiyi şəraitdə, ərzaq təhlükəsizliyinə zəmanət vermək,əhalinin məişət durumunu yaxşılaşdırmaq və ölkə iqtisadiyyatındastabilliyi artırmaq məqsədilə hökumətin hərtərəfli dəstək proqramıicrasına başlayıb.

Əlavə edək ki, son vaxtlar İran valyutası kəskin şəkildədəyərini itirməkdə davam edir. İranda zəruri məhsulların idxalıüçün idxalçılara aşağı qiymətlrələ xarici valyuta ayrılsa belə,yenə də məhsulların qiymətləri artmaqdadır.

Məqalədə:
Seçilən
62
1
az.trend.az

2Mənbələr