
ABŞ İranda davam edən etirazlara müəyyən formada müdaxilə etməyi nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazı dərc edib.
Yazıda Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasının Tehranda ABŞ-nin və İsrailin hesablamalarına təsir etdiyi vurğulanıb.
Bildirilib ki, Amerikanın Venesuelaya müdaxiləsi Təl-Əvivin İran etirazlarının rejim dəyişikliyinə gətirib çıxara biləcəyinə dair əvvəlki qiymətləndirmələrini dəyişdirib.
Qeyd olunub ki, əvvəllər İsrail rəsmiləri hesab edirdi ki, etirazlar İranın ali dini rəhbəri Seyid Əli Xameneiə qarşı yetərli təsir göstərməyəcək və hökuməti devirmək üçün kifayət deyil. Ancaq Maduronun ABŞ-yə köçürülməsindən sonra bu dəyərləndirmələr yenilənib və Amerikanın etiraz aksiyasına dəstək məqsədi ilə “hədəfli müdaxilə” etmək ehtimalı olduğu barədə bəzi göstəricilər var. Eyni zamanda, İsrail Maduronun həbsinin İran hökumətinə qarşı tədbirlərin görülməsinə təsir edib-etməyəcəyini izləyir.
Daşqın HəsənovMissiya.Az