Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, eyni zamanda respublikanın gənclər və idman naziri olan 20 yaşlı Əhməd Kadırov Çeçenistan hökumətinin Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla yanaşı, respublikanın milli siyasət, xarici 'laqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də Baş nazirin müavin əvəzi postuna gətirilib.
"Cebheinfo.az" xəbər verir ki, təyinatlar Çeçenistanın Baş naziri Maqomed Daudovun təqdimatı ilə həyata keçirilib.
Ramzan Kadırov "Telegram" kanalında verdiyi açıqlamada hər iki şəxsi “məsuliyyətli və effektiv rəhbərlər” kimi xarakterizə edib və onların respublikanın inkişafına verdiyi töhfələri vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.