AZ

"Bravo" yumurtanı 30 ədəddən artıq satmır - "Kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir"

"Bravo" supermarketlərində yumurta satışına limit qoyulub.

 

Pravda.az xəbər verir ki, bu barədə jurnalist Rahim Tarverdiyev bildirib.

 

Onun sözlərinə görə, "Bravo" bir nəfərə 30 ədəddən artıq yumurta satmır.

 

Məsələni dəqiqləşdirmək üçün Pravda.az "Bravo"ya sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, "Bravo"nun əsas prioriteti müştərilərin rahat və fasiləsiz alış-verişini təmin etməkdir:

 

"Bazarda yumurtanın münasib qiymətlərlə satışı "Bravo" tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində məhsullarımızı müştərilərimiz rahatlıqla əldə edə bilir və mağazalarımızda məhsul davamlılığı qorunur. Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir".

 

Aytəkin Qardaşova

Tarix: 6 Yanvar 2026, 16:14   
Seçilən
16
2
pravda.az

3Mənbələr