AZ

Trampın iddiaları NATO nu təhlükə ilə üzləşdirib

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nın Qrenlandiyaya iddiaları NATO-nun dağılması ilə nəticələnə bilər.

Reyting.az xəbər verir ki, belə bir xəbərdarlığı Danimarkanın baş naziri Mette Frederiksen edib.

Baş nazir belə bir ssenarinin reallaşmasını arzulamadığını deyib.

Frederiksen əlavə edib ki, əgər ABŞ başqa bir NATO ölkəsinə hərbi güc tətbiqinə qərar verərsə, vəziyyət pisləşəcək.

Qrenlandiyanın baş naziri Yens Frederik Nilsen də ABŞ-nın Qrenlandiyaya qarşı hər hansı hərbi əməliyyat keçirəcəyi təqdirdə fəlakətli nəticələrin ola biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Danimarka və Qrenlandiya baş nazirlərinin açıqlamaları ABŞ-nın Venesueladakı əməliyyatından qısa müddət sonra verilib. Çünki Venesuela əməliyyatından sonra ABŞ prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiya adasının ABŞ-a müdafiə məqsədləri üçün lazım olduğunu bəyan edib.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
reyting.az

1Mənbələr