Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Qrenlandiyanın ABŞ-a verilməsi NATO-nun dağılmasına səbəb olacaq.
O, ABŞ-ın Venesueladakı hərbi əməliyyatından sonra Prezident Donald Trampın strateji əhəmiyyətli və təbii sərvətlərlə zəngin Arktika adasını Vaşinqtonun nəzarətinə keçirmək üçün yenidən çağırışlarına münasibət bildirib.
Danimarka Baş nazirinin sözlərinə görə, ABŞ qüvvələrinin Karakasda ölkə lideri Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirmək üçün keçirdiyi gecə əməliyyatı Danimarka və Danimarka krallığının yarı-muxtar ərazisi və NATO-nun bir hissəsi olan Qrenlandiyada narahatlığı artırıb.
Xanım Frederiksen və onun Qrenlandiyalı həmkarı Yens Frederik Nilsen Amerika prezidentinin açıqlamalarını sərt tənqid edərək fəlakətli nəticələr barədə xəbərdarlıq ediblər: “Əgər ABŞ başqa bir NATO ölkəsinə hərbi hücum etmək qərarına gələrsə, NATO-dakı iştirakımız da daxil olmaqla hər şey və buna görə də İkinci Dünya Müharibəsinin sonundan bəri mövcud olan təhlükəsizlik sistemi dayanacaq”, deyə Mette Frederiksen Danimarkanın TV2 televiziya kanalına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, yanvarın 4-də Tramp ABŞ-ın “Qrenlandiyaya mütləq ehtiyacı olduğunu” bəyan edib. O, bölgədə “Rusiya və Çin gəmilərinin” mövcudluğunu misal gətirib. ABŞ prezidenti həmçinin Vaşinqtonun adaya “müdafiə üçün” ehtiyac duyduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az