AZ

Türkiyədə zəlzələ oldu

Egey dənizinin Türkiyənin Çanaqqala bölgəsində Ayvacık rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:28-də (Bakı vaxtı 15:28-də - red.) qeydə alınıb.

Zəlzələ 17.49 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.

Seçilən
103
5
bakivaxti.az

6Mənbələr