AZ

Beşiktaş” Türkiyə millisinin qapıçısı ilə yollarını ayırıb

Bakı, 6 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mərt Günokla yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Türkiyə millisinin üzvü 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi.

Mərt Günok karyerasını sabiq komandası “Fənərbağça”da davam etdirəcək. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Seçilən
59
azertag.az

1Mənbələr