"Beşiktaş" futbolçusu Mert Günokla yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qapıçı ilə 2027-ci ilin iyununa qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsaslnda xitam verilib.
Qeyd edək ki, Mert Günok 2021/2022 mövsümündən İstanbul təmsilçisinin qapısını qoruyurdu. O, bu mövsüm ümumilikdə 13 oyuna meydana çıxıb və 21 qol buraxıb. Mert "Beşiktaş"la Türkiyə kuboku və Türkiyə Superkubokunu qazanıb.