Yaponiyanın Şimane prefekturasında 16 dəqiqə ərzində dörd zəlzələ baş verib.
Ölkənin Baş Meteorologiya İdarəsinin məlumatına görə, 6,2 bal gücündə ilk zəlzələ saat 10:18-də baş verib. Episentr 10 km dərinlikdə yerləşib. Sonrakı zəlzələlər saat 10:24-də, saat 10:28-də və saat 10:34-də olub. Onların maqnitudası müvafiq olaraq 4,5, 5,1 və 3,8 olub.
Xəsarət alan və ya dağıntı barədə məlumat verilməyib. Bundan əvvəl Yaponiyanın qərbində güclü zəlzələ baş verdiyi bildirilmişdi.
//Samir Qurbanov, Editor.az