ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Buzovna-Maştağa yolunda zəncirvari yol-nəüliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 6-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-DQ-253 dövlət nömrə nişanlı “Ford Transit” markalı, 10-CL-184 dövlət nömrə nişanlı “VAZ-2109” markalı və “Toyota Prado” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.