Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işlərinin aparılması ilə bağlı satınalma müsabiqəsi elan edilib. Bu məsələ tələbələr və valideynlər arasında tədris prosesinə mümkün təsirlərlə bağlı suallar yaradıb.
Maraqlıdır, aparılacaq təmir işləri tədrisin gedişinə hər hansı maneə yaradacaqmı? Eyni zamanda, təmir müddətində yataqxanada yaşayan tələbələrin müvəqqəti köçürülməsi nəzərdə tutulubmu?
Məsələ ilə bağlı BAKU.WS Bakı Slavyan Universitetinə sorğu ünvanladı. Bildirildi ki, təmir işlərinin yay aylarında aparılması planlaşdırılır: "Təmirin yay aylarında həyata keçirilməsi tədris prosesinə və tələbələrin dərs fəaliyyətinə hər hansı məhdudiyyət yaratmır.
Qeyd edək ki, tender prosesi qabaqcadan müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçirilir və təmir işlərinin tələbələrin tətil dövrünə təsadüf etməsi məhz bu planlaşdırmanın nəticəsidir."
Şahanə Xankişiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.