AZ

ABŞ "kəşfiyyatından" TRİPP-ə inanılmaz rəy - "Bakı Paşinyana təzyiq edir"...



ABŞ-ın "Stratfor" beyin mərkəzi professorunun fikrincə, Paşinyan 2026-cı ildə artan ictimai narazılıqla üzləşir, Bakı isə təzyiq göstərmək üçün TRIPP-dən istifadə edir.

Azərbaycanın TRIPP layihəsindən təzyiq aləti kimi istifadə etməsi iddiası müəyyən dərəcədə əsaslı sayıla bilər, lakin bu, yalnız birtərəfli təzyiq kimi yox, daha çox geosiyasi alət və alternativ strategiya kimi qiymətləndirilməlidir. Bakı üçün əsas məqsəd regionda kommunikasiya xətlərini açmaq və iqtisadi-logistika üstünlüyünü möhkəmləndirməkdir. Ermənistan proseslərə qoşularsa, TRIPP əməkdaşlıq çərçivəsinə çevrilə bilər, qoşulmazsa, Azərbaycan layihəni İrandan keçən marşrutla reallaşdıraraq İrəvanı kənarda qoymaq imkanını saxlayır. Bu isə klassik hərbi və ya siyasi təzyiqdən çox, seçim qarşısında qoyma siyasətidir. Ermənistan üçün mesaj aydındır: regional inteqrasiyada iştirak etmək və ya prosesdən təcrid olunmaq.

Digər tərəfdən, Bakı bu aləti ehtiyatla istifadə edir, çünki açıq təzyiq sülh gündəmini zəiflədə və Qərb aktorlarının balanslı mövqeyini dəyişə bilər. Buna görə TRIPP daha çox danışıqlarda təsir aləti rolunu oynayır, birbaşa təzyiq mexanizmi deyil.

Akif NƏSİRLİ

Seçilən
12
baki-xeber.com

1Mənbələr