AZ

Sürücüləri intim təkliflə şantaj edən qadına hökm oxundu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Magistral yolda sürücülərə intim münasibət təklif edərək onları qarət edən qadına hökm oxunub.

Oxu.Az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Solmaz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə S.Quliyeva 2 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

İttihama görə, Salyan rayon sakini, 1973-cü il təvəllüdlü Solmaz Quliyeva Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində kirayədə yaşamağa başlayıb. Heç bir yerdə işləməyən S.Quliyeva Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında dayanaraq avtomobilləri saxlatdırıb, guya hansısa rayona getmək adı ilə avtomobillərə əyləşib. O, avtomobilə əyləşəndən sonra sürücülərə intim münasibətlər təklif edib, onun bu təklifi ilə razılaşmayan sürücüləri şantaj edərək, onlardan pul tələb edib. O, bu yolla 10-a yaxın sürücünü şantaj edərək, onlardan külli miqdarda pul alıb.

Sürücülərin şikayəti əsasında S.Quliyeva saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
oxu.az

1Mənbələr