ain.az bildirir, GlobalInfo portalına istinadən.
“Rusiya heç kimlə siyasi oyunlar oynamır və Ankoricdə verdiyi bəyanatlara uyğun olaraq ardıcıl şəkildə hərəkət edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Lenta.ru”ya açıqlamasında deyib.
O, ABŞ Dövlət Departamentinin rəsmi X hesabında rus dilində paylaşım edərək, “Prezident Donald Trampla oyun oynamayın” çağırışına münasibət bildirib:
“Bu gün bəzi ABŞ qurumları sülh sazişindən danışarkən Rusiyanın guya siyasi oyunlar oynadığını düşünür. Moskva ABŞ-la Ankoric prosesi çərçivəsində ardıcıl mövqe sərgiləyir.
Biz Ankoricdə mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq və ona sadiq qalırıq. İqamətgaha hücumla bağlı bəyanatımızdan bir neçə saat sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dərhal cavab verdi ki, onların heç bir məlumatı yoxdur. Amma tam aydındır ki, xüsusi xidmət orqanları olmadan belə bir hücumu həyata keçirmək mümkün deyil”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki hesabında “Prezident Trampla oyun oynamayın” yazılı postlar paylaşılıb. Bu addım sosial şəbəkələrdə geniş rezonans doğurub və müxtəlif ölkələrdə müzakirələrə səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.