AZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin borcu 2 dəfədən çox artıb

BAKI, 6 yanvar. TELEQRAF

2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) kredit və borcları 2.3 dəfə artıb.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, QSC-nin 2024-cü ildə 404 milyon 815 min manat kredit və borcu qeydə alınıb. 2023-cü ildə şirkətin kredit və borcları 169 milyon 490 min manat olub.

Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 82.9% artıb. 2024-cü ildə cəmi öhdəlikləri 559 milyon 495 min manat təşkil edib. 2023-cü ildə bu göstərici 305 milyon 890 min manat səviyyəsində olub.

Şirkətin cəmi kapitalı isə 13% azalıb. Belə ki, 2024-cü ildə cəmi kapital 1 milyard 431 milyon 562 min manat, 2023-cü ildə 1 milyard 267 milyon 108 min manat olub.

Seçilən
90
teleqraf.com

1Mənbələr