“Beşiktaş” təcrübəli qapıçı Mert Günokla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, klub heyətdən kənarda qalan və Antalya təlim-məşq toplanışına aparılmayan futbolçu ilə vidalaşdığını açıqlayıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, “Fənərbaxça” Mert Günokla 2,5 illik razılaşma əldə edib. Rəsmi müqavilənin yaxın zamanda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Mert Günok “Beşiktaş” forması ilə bütün yarışlarda 130 oyunda meydana çıxıb. Təcrübəli qolkiper bu qarşılaşmaların 38-də qapısını toxunulmaz saxlayıb.
"Spartak"ın yeni baş məşqçisi açıqlanıb
"Çelsi" "Real"a 160 milyon avro ödəyə bilər
Türkiyə Superkuboku: “Fənərbaxça” “Samsunspor”la qarşılaşacaq - YENİLƏNİR
Ərəbistandan ayrılır: Portuqaliyalı “Barselona”ya qayıdır
Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir