AZ

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri üzrə iş məhkəməyə göndərilib

Bakı.Trend:

Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin vəzifəli şəxsininqanunsuz hərəkətləri ilə bağlı istintaq olunan cinayət işitamamlanaraq məhkəməyə göndərilib.

Trend-inməlumatına görə, Tağıyev Ruhin Zeyid oğlunun Müdafiə Nazirliyi üzrəSilahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi vəhəmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrindəişlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət almasıvə digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işininistintaqı yekunlaşıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdəsözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbiqulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabınaqanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almalarıhaqqında arayışların verilməsi müqabilində ümumilikdə 4 şəxsdən20.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarənalmasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinəköməklik göstərilməsi müqabilində ümumilikdə 4 şəxsdən 13.500 manatməbləğində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Cinayət Məcəlləsinin311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1(vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri),313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olanvəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamelan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinəgöndərilib.

Eyni zamanda cinayət işindən oxşar xarakterli əməllərintörədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıcaicraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Seçilən
66
17
az.trend.az

10Mənbələr