AZ

"Fənərbağça" yeni qapıçı aldı

BAKI, 6 yanvar. TELEQRAF

“Beşiktaş”dan rəsmən ayrılan Mərt Günokun yeni klubu bəlli olub.

Teleqraf “A Spor”a istinadən xəbər verir ki, 37 yaşlı qapıçı “Fənərbağça” ilə anlaşıb.

“Sarı-lacivərdlilər” bu transfer qarşılığında “Beşiktaş”a Cengiz Ündəri heyətinə qatacağı təqdirdə 1 milyon avro güzəşt edəcək. Qolkperin “Fənərbağça” ilə 2,5 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Mert Günok 2021/2022 mövsümündən "Beşiktaş"ın formasını geyinib.

Seçilən
77
teleqraf.com

1Mənbələr