AZ

O, 9363 gündür bu vəzifədə çalışır -

Azərbaycanda 25 ildən çox yüksək vəzifə tutan şəxslərdən biri də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovdur. Məzahir Pənahov 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir. Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, 75 yaşlı Pənahov 9 363 gündür eyni vəzifədə çalışır. Hesablama zamanı söhbətin 25 il, 7 ay və 17 günlük bir müddətdən getdiyi aydın olur. Qeyd edək ki, Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.1971-1972-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973-1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.1982-1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib. Dörd ay 13 gün sonra sonra Məzahir Pənahovun MSK sədri seçilməyinin 26-cı ili tamam olacaq. Onun həmin günə kimi postunu qoruyub-qorumayacağı isə apreldə MSK-nın yeni tərkib formalaşdırılanda məlum olacaq. Fotoda: MSK sədri Məzahir Pənahov

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
97
1
metbuat.az

2Mənbələr